...

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu layihələrin icrasında müəyyən nöqsanlar aşkar edib – Fondun rəhbəri

Cəmiyyət Materials 17 Noyabr 2009 12:32 (UTC +04:00)
"İki aylıq müddətdə layihələrin yerinə yetirilməsi ilə bağlı hesabatların təxminən 70 faizi fonda daxil olub", - çərşənbə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.
Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu layihələrin icrasında müəyyən nöqsanlar aşkar edib – Fondun rəhbəri

Azərbaycan, Bakı, 17 noyabr / Trend , A.Hüseynbala/

"Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu layihələrin icrasında müəyyən nöqsanlar aşkar edib", - Fondun rəhbəri

"İki aylıq müddətdə layihələrin yerinə yetirilməsi ilə bağlı hesabatların təxminən 70 faizi fonda daxil olub", - çərşənbə axşamı Trend -a Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması haqda fərman imzalayıb. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyunun 25-dən 12 istiqamət üzrə müsabiqə elan etmişdi. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilmişdi. Ərizələr iyulun 1-dən 31-dək qəbul olunmuşdu.

Qaliblərdən 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.

Səfərovun sözlərinə görə, hazırda fondun mühasibatlığında layihələrin ilkin mərhələsinin necə yerinə yetirilməsi ilə bağlı araşdırmalar aparılır. "Biznes planların həyata keçirilməsində müəyyən nöqsanlar aşkar olunub. Biz həmin nöqsanların aradan qaldırılması üçün sənədləri müsabiqənin qalibi olan təşkilatlara qaytarırıq", - fondun rəhbəri əlavə edib.

Fondun rəhbəri deyib ki, jurnalistlər üçün elan olunan fərdi müsabiqə ilə bağlı fonda hələ ki, heç bir yazı daxil olmayıb. "Bu proses dekabrın 5-nə qədər davam edəcək", - Səfərov vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti