...

Budapeştdə Azərbaycan-Macarıstan mədəniyyətlərarası dialoq müzakirə olunur

Cəmiyyət Materials 18 Noyabr 2009 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir M.Əliyev/

Budapeştdə çərşənbə axşamı Azərbaycan və Macarıstanın mədəniyyətlərarası dialoq mövzusunda IV Beynəlxalq elmi konfransı öz işinə başlayıb, bu barədə Trend -a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov açılış mərasimində Macarıstanın Linqvistika İnstitutunun professoru Giorgi Xazai və Şərqşünaslıq İnstitutunun direktoru İstvan Vasariyə iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və inkişafında xidmətlərinə görə səfirliyin mükafatlarını təqdim edib.

Ədəbiyyat və linqvistikaya həsr olunan tədbirin ilk günündə birinci dünya müharibəsindən sonra Rusiyadan Macarıstana köçüb gələn türkoloqların şairlərdən Füzuli və Şəhriyar, eləcə də Oğuznamə, xalqların və tayfaların adlarındakı əlaqələr haqqında çıxışları dinlənilib.

Tədbirin ikinci və üçüncü günü tarix, arxeologiya, etnologiya və folklor məsələləri müzakirə ediləcək.

Tədbirdə Azərbaycan, Polşa, Türkiyə, Çexiya, Rusiya, Ukrayna, Avstriya, Macarıstan, Qazaxıstandan alimlər iştirak edir. Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Macarıstanın Ümumdünya İqtisadiyyat İnsititutu tərəfindən təşkil olunan konfrans noyabrın 19-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti