...

Təhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir - nazir

Cəmiyyət Materials 18 Noyabr 2009 12:52 (UTC +04:00)
Təhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir.
Təhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev /

Təhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir.

"Gələcəkdə biz dünyanın bir çox ölkələrində olduğu kimi, profilli məktəblər yaratmalı və müxtəlif dərəcələr üzrə attestatlar verməliyik", - təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə əsasən, profilli məktəblərin yaradılması vacibdir, çünki hazırda 10-11-ci siniflərdə təhsil alanlar əsas diqqətlərini müəyyən istiqamət üzrə qəbul imtahanlarına hazırlığa yönəldirlər və digər fənlər ikinci dərəcli rol oynayır.

"Nazirliyin məqsədi məktəb proqramlarının qəbul imtahanlarına uyğun keçirilməsidir", - nazir bildirib.

İbtidai məktəblərdə yeni qiymətləndirmə sistemlərinə gəldikdə isə, Mərdanov bildirib ki, bu üsulla təkcə şagirdin biliyi deyil, eyni zamanda məktəbin tədris səviyyəsi və ümumilikdə bütün təhsil sisteminin səviyyəsi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti