...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa Komissiyasının nümayəndəliyi ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 18 Noyabr 2009 16:36 (UTC +04:00)
"Əməkdaşlıqla bağlı razılaşma Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jan Lui Lavroff, nümayəndəliyin siyasi-iqtisadi şöbəsinin rəhbəri Jerom Pons və layihə meneceri Məryəm Hacismayılova ilə görüşdə əldə olunub", - çərşənbə günü Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa Komissiyasının nümayəndəliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa Komissiyasının nümayəndəliyi ilə əməkdaşlıq edəcək.

"Əməkdaşlıqla bağlı razılaşma Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jan Lui Lavroff, nümayəndəliyin siyasi-iqtisadi şöbəsinin rəhbəri Jerom Pons və layihə meneceri Məryəm Hacismayılova ilə görüşdə əldə olunub", - çərşənbə günü Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, QHT-lər tərəfindən yerinə yetirilən layihələrin effektivliyi, maliyyə və informasiya şəffaflığı, eləcə də üçüncü sektorun fəaliyyət hədəfləri ilə bağlı digər məsələlər müzakirə olunub. "Quliyev Şuranın layihə maliyyələşdirilməsinin prinsipləri barədə ətraflı məlumat verərək, bu yöndə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsini və effektiv mexanizmlərin tətbiqinin Şura tərəfindən vacib məqam kimi qiymətləndirildiyini qeyd edib.

Əməkdaşlıq üçün hər iki tərəfin təmsilçilərindən ibarət işçi qrupunun yaradılması qərara alınıb. "İşçi qrupu ayda bir dəfə toplaşaraq Azərbaycanda QHT sektorunun inkişafı məsələlərini, bu yöndə mövcud olan potensial imkanları müzakirə edərək, Şura ilə Avropa Komissiyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün real təkliflər hazırlayacaq", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti