...

Azərbaycan Parlamentinin sədri beynəlxalq təşkilatları "bloqerlərlə" bağlı məsələnin mahiyyətini bilməməkdə qınayıb

Cəmiyyət Materials 20 Noyabr 2009 15:19 (UTC +04:00)
"Beynəlxalq təşkilatlar gənclərin həbs olunmalarının məğzini bilmədən Azərbaycanın daxili işlərinə qarışırlar", - Trend News-un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov cümə günü jurnalistlərə bildirib.
Azərbaycan Parlamentinin sədri beynəlxalq təşkilatları "bloqerlərlə" bağlı məsələnin mahiyyətini bilməməkdə qınayıb

Azərbaycan, Bakı, 20 noyabr / Trend , A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri beynəlxalq təşkilatları məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən gənclərlə bağlı məsələnin mahiyyətini bilməməkdə qınayıb.

"Beynəlxalq təşkilatlar gənclərin həbs olunmalarının məğzini bilmədən Azərbaycanın daxili işlərinə qarışırlar", - Trend -un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov cümə günü jurnalistlərə bildirib.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Beynəlxalq təşkilatlar bu qərarla bağlı etirazlarını bildiriblər.

Gənclər bu il iyulun 8-də restoranda baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti