...

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı 14% artıb

Cəmiyyət Materials 24 Noyabr 2009 14:44 (UTC +04:00)
Beynəlxalq Təhsil İnstitutunun 2009-cu ilə açıqladığı illik Açıq Qapılar hesabatına əsasən, azərbaycanlı tələbələrin Amerikanın ali məktəblərində qeydiyyatı 2007/08-cil illər üçün 318-dən 364-dək artıb.
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı 14% artıb

Azərbaycan, bakı, 24 noaybr/Trebnd Neüs, müxbir M.Əliyev/

Beynəlxalq Təhsil İnstitutunun 2009-cu ilə açıqladığı illik Açıq Qapılar hesabatına əsasən, azərbaycanlı tələbələrin Amerikanın ali məktəblərində qeydiyyatı 2007/08-cil illər üçün 318-dən 364-dək artıb.

19 Noyabr 2009-cu il tarixli yeni tədqiqatın nəticələri onu göstərir ki, ABŞ-ın kollec və universitetlərində rekord sayda azərbaycanlı tələbə təhsil alır.

Amerika səfirliyinin nümayəndəsi Terri Devidson qeyd edib ki, Amerika xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin əsas seçimlərindən biridir.

"Bu da Amerika təhsilinin nüfuzundan və keyfiyyətindən irəli gəlir. Biz, Birləşmiş Ştatlarda daha çox azərbaycanlı tələbənin təhsil almasından məmnunuq, çünki bu, ölkələrimiz və vətəndaşlarımız arasında əlaqələri daha da gücləndirir", - Devidson bildirib.

Amerikada təhsil alan tələbələrin sayı əsasən Azərbaycanda fəaliyyət göstərən EducationUSA təmsilçiləri olan Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) fəallığı hesabına mümkün olub.

Açıq Qapılar-ın illik hesabatına əsasən, Amerikanın kollec və universitetlərində təhsil alan beynəlxalq tələbələrin ümumi sayı 2008-2009-cu illərdə 8% -ə qədər artıb və 671 616 nəfər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti