...

Azərbaycanda 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin qrafiki müəyyən edilib

Cəmiyyət Materials 27 Noyabr 2009 15:18 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti 183 nömrəli qərarla 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin qrafikini müəyyən edib. Bu barədə hökumətdən məlumat verilib.
Azərbaycanda 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin qrafiki müəyyən edilib

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Nazirlər Kabineti 183 nömrəli qərarla 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin qrafikini müəyyən edib. Bu barədə hökumətdən məlumat verilib.

Azərbaycanın Əmək Məcəlləsinin 105-ci maddəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatlarına əsasən, ölkədə Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart tarixləri, Ramazan bayramı ilə əlaqədar 9, 10 sentyabr tarixləri, Qurban bayramı ilə əlaqədar isə 16, 17 noyabr tarixləri qeyri-iş günü hesab olunur.

Xəbər lenti

Xəbər lenti