...

Azərbaycanda futbol üzrə iki baş məşqçi cəzalandırılıb

Cəmiyyət Materials 1 Dekabr 2009 14:54 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) çərşənbə axşamı Trend News-a bildiriblər ki, noyabr 28-də XVIII Unibank Premyer Liqasının XII turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub.
Azərbaycanda futbol üzrə iki baş məşqçi cəzalandırılıb

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanda futbol üzrə iki baş məşqçi cəzalandırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) çərşənbə axşamı Trend -a bildiriblər ki, noyabr 28-də XVIII Unibank Premyer Liqasının XII turunun "Simurq" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub.

Matçın 52-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi - "Simurq" klubu 2000 (iki min) manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov aqressiv hərəkətlərinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 2000 (iki min) manat cərimə olunub.

Noyabr 27-də I divizionun XI turunun "Bakılı" - "MKT- Araz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 (yüz) manat cərimə olunub. Oyunun 45-ci dəqiqəsində "MKT-Araz" klubunun baş məşqçisi Xaliq Mustafayev hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub isə 400 (dörd yüz) manat cərimə olunub.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti