...

Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində elm və təhsillə bağlı obyektiv reallıq əks olunub - Tarix İnstitutunun direktoru

Cəmiyyət Materials 10 Dekabr 2009 17:09 (UTC +04:00)
"Tarix elmi sahəsində çox iş görmək üçün bizə lazımi qədər vəsait ayrılmalı, işçilərimizin əməkhaqqıları qaldırılmalıdır", - cümə axşamı Trend News-a Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, milət vəkili Yaqub Mahmudov bildirib.
Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində elm və təhsillə bağlı obyektiv reallıq əks olunub - Tarix İnstitutunun direktoru

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru hesab edir ki, Prezident Administrasiyası rəhbərinin məqaləsində elm və təhsillə bağlı obyektiv reallıq əks olunub.

"Tarix elmi sahəsində çox iş görmək üçün bizə lazımi qədər vəsait ayrılmalı, işçilərimizin əməkhaqqıları qaldırılmalıdır", - cümə axşamı Trend -a Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, milət vəkili Yaqub Mahmudov bildirib.

Trend -un arayışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi "Azərbaycan" qəzetinin dekabrın 8-dəki sayında çap olunub.

Mahmudovun sözlərinə görə, ölkə üzrə yalnız alimlərin əməkhaqqıları minimum orta əmək haqqından da azdır.

"Bu utanc gətirən bir faktdır. Maliyyə Nazirliyi mənim Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı çıxışımdan sonra elm üçün 3 milyona yaxın əlavə vəsait ayırsa da, bu da azdır", - direktor əlavə edib.

Onun fikrincə, Mehdiyevin qaldırdığı çox böyük məsələlərin həlli üçün müxtəlif mənbələrdən materiallar toplanılmalıdır.

"Bizə lazım olan materiallar ərəb ölkələrindən, İrandan, Əfqanıstandan, Hindistandan və Rusiyadan gətirilməlidir. Bunun üçün isə böyük vəsait lazımdır. Əgər vəsait ayrılarsa, biz daha böyük işlər görə bilərik", - Mahmudov vurğulayıb.

İnstitut rəhbəri deyib ki, bütün bunlara baxmayaraq, indiki imkanlarla da akademiyada daha böyük işlər görmək olar.

"Hesab edirəm ki, Ramiz müəllim bu məqaləni vaxtında yazıb. Burada sadalanan irad və təkliflərdən ciddi nəticələr çıxarılarsa, elmimizdə az müddətdə xeylı irəliləyişə nail olmaq mümkündür", - millət vəkili xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti