...

Azərbaycanda qızını qətlə yetirən ataya 10 il həbs cəzası verilib

Cəmiyyət Materials 15 Dekabr 2009 15:05 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Siyəzən rayon sakini Vaqif Mahmudov barəsindəki cinayət işi üzrə proses başa çatıb.
Azərbaycanda qızını qətlə yetirən ataya 10 il həbs cəzası verilib

Azərbaycan, Bakı, 15 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda qızını qətlə yetirən ataya 10 il həbs cəzası verilib.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməSiyəzən rayon sakini Vaqif Mahmudov barəsindəki cinayət işi üzrə proses başa çatıb.

Qətl hadisəsi 4 il öncə - 2005-ci ilin dekabr ayının 28-də Siyəzən rayonunun Qara Siyəzən kəndində baş verib.

Mahmudov qızı,24 yaşlı Dilguşə Mahmudovanı əxlaqsızlıqla məşğul olduğu üçün boğub öldürüb. Sonra isə qızının meyitini həyətdəki ayaqyoluna atıb.

Polis əməkdaşları tərəfindən saxlanılan Mahmudov qızını öldürməsindən peşman olmadığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti