...

Azərbaycan qızlardan ibarət U-19-un Avropa çempionatının elit-raundunda iştirakdan imtinası ilə bağlı UEFA-ya müraciət edib

Cəmiyyət Materials 26 Dekabr 2009 13:57 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən futbolçuların süni yaş azaltmasına ("lipalaşdırma") qarşı ciddi mübarizə aparılır və bu kimi hallar baş verdiyi zaman müvafiq qərarlar qəbul olunur, sanksiyalar tətbiq edilir.
Azərbaycan qızlardan ibarət U-19-un Avropa çempionatının elit-raundunda iştirakdan imtinası ilə bağlı UEFA-ya müraciət edib

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən futbolçuların süni yaş azaltmasına ("lipalaşdırma") qarşı ciddi mübarizə aparılır və bu kimi hallar baş verdiyi zaman müvafiq qərarlar qəbul olunur, sanksiyalar tətbiq edilir.

Federasiyanın yaydığı məlumatda qeyd olunub ki, AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçular çıxış edib.

Həmin futbolçular yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırmaları davam edir və müvafiq qərar qəbul olunacaq.

Futbolçuların adları araşdırma davam etdiyi üçün açıqlanmır.

Xəbər lenti

Xəbər lenti