...

İranda iqtidar tərəfdarları mitinq keçirəcək

Cəmiyyət Materials 30 Dekabr 2009 11:50 (UTC +04:00)
İranda hazırkı hökuməti dəstəkləyənlər Aşura günü baş vermiş iğtişaşlara qarşı bu gün ölkənin bütün şəhərlərində mitinqlər keçirəcək.
İranda iqtidar tərəfdarları mitinq keçirəcək

İranda hazırkı hökuməti dəstəkləyənlər Aşura günü baş vermiş iğtişaşlara qarşı bu gün ölkənin bütün şəhərlərində mitinqlər keçirəcək. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı IRIBNEWS məlumat yayıb.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq mətbuatda yayılan şəkillərdən aksiyalarda xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini odun içinə atması görünür. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub.

Bütün siyasi təşkilatlar və əhali bu mitinqdə iştirak etmək üçün dəvət edilib. Mitinqlər İranın sabiq ali rəhbəri ayətullah Xomeyninin ideyalarına və hazırkı rəhbər ayətullah Xamneyiyə dəstək məqsədi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti