...

Azərbaycan regionlarında gənclərin işlə təmin edilməsi layihəsi start götürüb

Cəmiyyət Materials 19 Yanvar 2010 17:07 (UTC +04:00)
Azərbaycanın Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Region gəncləri üçün məşğulluq imkanlarının yaradılması" layihəsi start görtürüb.
Azərbaycan regionlarında gənclərin işlə təmin edilməsi layihəsi start götürüb

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Region gəncləri üçün məşğulluq imkanlarının yaradılması" layihəsi start görtürüb. Bu barədə nazirliyin məlumatında deyilir.

Demokratik Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan layihə 4 rayonu - Biləsuvar, Dəvəçi, AğsuUcar rayonlarını əhatə edir. Layihənin məqsədi gənclər üçün bərabər imkanların yaradılması, xüsusi biliklərin aşılanması, karyeranın səmərəli inkişafı üçün qabiliyyət və vərdişlər, gənclərin regionlarda fəaliyyət sahəsinin genişlənməsi üçün şəraitin yaradılmasıdır. Ekspertlər fevral ayında bu rayonlarda region gənclərinin 100 nəfər nümayəndəsini əhatə edən üçgünlük seminar keçirəcək.

Layihə çərçivəsində iş tapmaq istəyən gənc insanlar üçün sorğu və yaddaş kitabçası nəşr ediləcək. Müntəzəm olaraq yenilənən www.genckadr.az yaradılacaq, hökumət, beynəlxalq və özəl strukturlarla əməkdaşlıq qurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti