...

Azərbaycanda xarici radiostansiyaların yayımına məhdudiyyətlə bağlı beynəlxalq təşkilatın iradları əsassızdır – Teleradio Şurasının sədri

Cəmiyyət Materials 21 Yanvar 2010 15:57 (UTC +04:00)
Azərbaycanın Milli Televiziya və Radio Şurasının rəhbəri hesab edir ki, xarici radiostansiyaların ölkə ərazisində yayımı yalnız FM tezliyində dayandırılıb.
Azərbaycanda xarici radiostansiyaların yayımına məhdudiyyətlə bağlı beynəlxalq təşkilatın iradları əsassızdır – Teleradio Şurasının sədri

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Azərbaycanda xarici radiostansiyaların yayımına məhdudiyyətlə bağlı beynəlxalq təşkilatın iradları əsassızdır.

"Human Rights Watch" təşkilatının xarici radiostansiyaların yayımının FM tezliyində dayandırılmasını insan hüquqlarının pozulması kimi iddia etməsini tamamilə səhv arqument hesab edirəm. Xarici radiostansiyaların ölkə ərazisində yayımı yalnız FM tezliyində dayandırılıb", - cümə axşamı Trend -a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Human Rights Watch" təşkilatının dünyada insan haqlarının vəziiyəti ilə bağlı son hesabatında Azərbaycanda insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyi vurğulanıb.

Hesabatda buna əsas olan səbəblərdən biri kimi Milli Televiziya və Radio Şurasının xarici radiostansiyaları milli tezlikdən çıxarması ilə bağlı qərarının olduğu vurğulanıb.

Məhərrəmlinin sözlərinə görə, Şura xarici radiostansiyaların başqa vasitələrlə ölkə ərazisində yayımına dəstək verir.

"Həm "Bi-Bi-Si", həm Fransa İnternasional radiosu (France International ) onların yayımının kabel şəbəkəsi vasitəsilə həyata keçirilməsinə dəstək verməyimiz üçün bizimlə danışıqlar aparıblar", - o əlavə edib.

Şura sədri bu cür dəstəyin həmin radiolara veriləcəyini istisna etməyib.

"Bu kommersiya xarakterli yayım olduğu üçün hər iki tərəf bununla bağlı lazım olan işləri görməlidir. Biz öz tərəfimizdən xarici radiostansiyaların Azərbaycanda digər vasitələrlə yayımı üçün heç bir maneə yaratmamışıq və bunu etmək niyyətində də deyilik", - Məhərrəmli vurğulayıb.

Şura sədri deyib ki, Azərbaycanda xarici radiostansiyaların yayımı həm internet, həm də kabel yayımı vasitəsilə davam etdirilə bilər.

MTRŞ 2009-cu ilin yanvarın 1-dən ölkənin milli tezliyində xarici radioların yayımını qadağan edən qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti