Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ilin yekunlarına həsr olunan tədbir keçirəcək.
"Tədbirdə 2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin icra vəziyyəti haqqında hesabat veriləcək və maliyyələşdirilən layihələrlə bağlı nəşr edilən kitabın təqdimatı olacaq", - bazar ertəsi Trend -a Şuranın Katibliyindən bildirilib.
Trend -un arayışı: QHT-lərə maliyyə yardımı ilə bağlı 2009-cu ildə Şuraya 569 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında prezident İlham Əliyev dekabrın 13-də 2007-ci il dekabrın 13-də fərman imzalayıb.
Tədbir yanvarın 27-də saat 11.00-da "Park İnn" hotelinin "Dan ulduzu" zalında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]