...

Azərbaycanın milli komandası FİFA-nın reytinq cədvəlində mövqeyini dəyişməyib

Cəmiyyət Materials 3 Fevral 2010 14:05 (UTC +04:00)
FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb. TrendNews-un məlumatına görə, Azərbaycan yığması mövqeyini dəyişməyib.
Azərbaycanın milli komandası FİFA-nın reytinq cədvəlində mövqeyini dəyişməyib

Azərbaycan, Bakı, 3 fevral / Trend , müxbir F.Hüseynli/

FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb. Trend -un məlumatına görə, Azərbaycan yığması mövqeyini dəyişməyib.

Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız 2009-cu ili başa vurduğu 114-cü yerdə qalıb. Hesabında 236 xal olan yığmamız UEFA-da 45-ci pilədə yerdədir. FİFA-nın reytinq cədvəlində ilk "üçlük" də dəyişməyib - İspaniya (1627 xal), Braziliya (1568 xal), Hollandiya (1288 xal). Daha bir pillə geriləyən Türkiyə yığması (728 xal) 42-ci yerə düşüb.

Xəbər lenti

Xəbər lenti