...

Azərbaycanın Milli Depozit Mərkəzinin əməkdaşına 5 il iş verilib

Cəmiyyət Materials 12 Fevral 2010 17:24 (UTC +04:00)
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə (179.3.2) maddəsi ilə ittiham olunub.
Azərbaycanın Milli Depozit Mərkəzinin əməkdaşına 5 il iş verilib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanın Milli Depozit Mərkəzinin əməkdaşına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında "Milli Depozit Mərkəzi" QSC-nin deponentləşdirmə şöbəsinin rəisi Cavanşir Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə (179.3.2) maddəsi ilə ittiham olunub.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə apardığı araşdırma zamanı müəyyən edilib ki, Hacıyev 2006-cı ilin iyun ayından 2009-cu ilin fevral ayınadək olan müddət ərzində qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş deponentləşdirmə şöbəsinin xəzinəsində saxlanılan 861.973,9 manat dəyərində, yəni 193702 ədəd dövlət özəlləşdirmə çekini (48.425,5 ədəd dövlət özəlləşdirmə payını) mənimsəyərək talayıb.

Həmin fakt üzrə 05 mart 2009-cu il tarixində başlanılmış cinayət işi üzrə Hacıyev barəsində araşdırma aparılıb və o, həbs edilib.

Xəbər lenti

Xəbər lenti