...

Azərbaycanlı gimnastlar Moskvada Qran-prinin birinci mərhələsində səkkiz bürünc medal qazanıblar

Cəmiyyət Materials 22 Fevral 2010 14:28 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Moskvada keçirilən Qran-prinin birinci mərhələsində və yuniorlar arasında beynəlxalq yarışlarda səkkiz bürünc medal qazanıblar. Bu barədə Trend News-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı gimnastlar Moskvada Qran-prinin birinci mərhələsində səkkiz bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Azərbaycanlı gimnastlar Moskvada keçirilən Qran-prinin birinci mərhələsində və yuniorlar arasında beynəlxalq yarışlarda səkkiz bürünc medal qazanıblar. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Fərdi proqram üzrə ilk nömrədə Aliyə Qarayeva Qran-prinin bütün dörd finalında çıxış edib və onlardan ikisində yüksək bal qazanaraq (çənbər 27.55 və lent 27.775) üçüncü olub. İlk yerləri rusiyalı Yevgeniya Kanayeva və Darya Kondakova bölüşüblər.

Bununla yanaşı ölkənin yaşlı qrup komandası "Qazprom"un Kuboku çərçivəsində çənbərlə təmrin zamanı üçüncü yeri tutub. Bir gün əvvəl Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyeva müxtəlif növlər üzrə yarışlarda üçüncü olublar. Hakimdən 51.65 bal alan kollektiv Belarus və Rusiya idmançılarına məğlub olub.

"Lakin yekunda bizim səkkiz bürünc mükafatımız var", - Azərbaycan Gimnasitika Federasiyasının baş katibi Fərid Qaibov Moskvadan bildirib. "Yazda Almaniyada keçiriləcək Avropa birinciliyinə hazırlaşan yunior qrup komandası bizi çox sevindirdi. Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadə lent və çənbərlərlə yarışlarda üçüncü yeri tutdular. 14 yaşlı Lalə Yusifova da tərifəlayiqdir. O, "Alina-2012" turniri çərçivəsində dörd finala buraxılış əldə edib, top ilə yarışlarda "bürünc" medal qazanıb, müxtəlif növ yarışlarda isə beşinci olub. Daha bir fakt: əlverişsiz hava şəraitinə baxmayaraq, "Dostluq" zalı tamaşaçılar ilə dolu idi. Bizim gimnastlar isə Azərbaycan Gənclərinin Koordinasiya Şurasından olan soydaşlarımızın daim dəstəyini hiss edirdilər".

Onun sözlərinə görə, digər azərbaycanlı yuniorlar aşağıdakı yerləri tutublar: 40 iştirakçı arasında Jalə Qaratova 8-ci, Aişə Mustafayeva 12-ci, yekaterina Prokopenko 23-cü yeri tutublar.

Nəhayət, sonuncu bürünc medalı həm də müsabiqədən kənar iştirak edən 12 gimnastdan biri kimi çıxış edən Anna Qurbanova qazanıb. Dina Qorina dördüncü, Samirə Mustafayeva beşinci olub.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, sonuncu qış uik-endi zamanı "gimnastlar bir qədər dincələcəklər". Yazın əvvəlində, martın 5-7-də isə onlar Budapeşt və Lyublyanada Dünya Kuboku və beynəlxalq turnirdə görüşəcəklər", - o bildirib.

Xəbər lenti

Xəbər lenti