...

Azərbaycan yığması futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ilk oyununu Almaniyaya qarşı keçirəcək

Cəmiyyət Materials 22 Fevral 2010 17:21 (UTC +04:00)
Bu gün Almaniyanın Frankfurt şəhərində futbol üzrə Azərbaycan yığmasının Avropa çempionatı 2012-nin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyən edilib.
Azərbaycan yığması futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ilk oyununu Almaniyaya qarşı keçirəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

Bu gün Almaniyanın Frankfurt şəhərində futbol üzrə Azərbaycan yığmasının Avropa çempionatı 2012-nin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyən edilib.

Azərbaycan yığması Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan yığmalarının yer aldığı birinci qrupa düşüb.

Yığmaları birinci qrupa düşən ölkə nümayəndələrinin danışıqlarının yekunlarına əsasən, Azərbaycan birinci oyununu sentyabrın 7-də səfərdə Almaniya yığmasına qarşı oynayacaq. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.

Azərbaycan yığma komandasının oyun qrafiki aşağıdakı kimidir: 7 sentyabr: Almaniya - Azərbaycan, 8 oktyabr: Avstriya - Azərbaycan, 12 oktyabr: Azərbaycan - Türkiyə. 2011-ci ildə - 29 mart: Belçika - Azərbaycan, 3 iyun: Qazaxıstan - Azərbaycan, 7 iyun: Azərbaycan - Almaniya, 2 sentyabr: Azərbaycan - Belçika, 6 sentyabr: Azərbaycan - Qazaxıstan, 7 oktyabr: Azərbaycan - Avstriya, 11 oktyabr: Türkiyə - Azərbaycan.

Futbol üzrə Avropa çempionatı 2012-ci ilin yayında Polşa və Ukraynada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti