...

Yanğın Daşkəsən rayonunda meşə fonduna ciddi ziyan vurub - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 23 Fevral 2010 11:06 (UTC +04:00)
Fevralın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisində yanğın baş verib.
Yanğın Daşkəsən rayonunda meşə fonduna ciddi ziyan vurub - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M.Əliyev/

Fevralın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisində yanğın baş verib.

0,75 hektar açıq ərazidə alovun yayılması meşə fonduna ciddi ziyan vurub. 

Yanğın müəssisənin əməkdaşları və yaxın kəndlərin sakinlərinin səyləri nəticəsində söndürülüb.

Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılan ilkin araşdırmalara görə, yanğına ovçuların atdıqları söndürülməmiş siqaret kötüyü səbəb olub.

Son zamanlar respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələri qorumağa çağırır.

Xəbər lenti

Xəbər lenti