...

Azərbaycanda son 15 ildə bağlı qalmış 376 cinayətin üstü açılıb - daxili işlər naziri

Cəmiyyət Materials 23 Fevral 2010 15:31 (UTC +04:00)
Azərbaycanda daxili işlər orqanları, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə son 15 il ərzində bağlı qalmış 376 cinayətin üstü açılıb. Trend News-un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.
Azərbaycanda son 15 ildə bağlı qalmış 376 cinayətin üstü açılıb - daxili işlər naziri

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda daxili işlər orqanları, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə son 15 il ərzində bağlı qalmış 376 cinayətin üstü açılıb. Trend -un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, müxtəlif cinayətlərə görə 15217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB üzvü olan dövlətlərdə və digər ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub.

Ötən dövr ərzində İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpol tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib.

Usubovun sözlərinə görə, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Qanunsuz saxlanılan 1115 odlu silah və 166 mindən çox güllə götürülüb.

Narkotrafikə və insan alverinə qarşı mübarizə üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox - 1 ton 23 kiloqram narkotik vasitə çıxarılıb, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Nazir bildirib ki, insan alverinə qarşı mübarizədə məqsədyönlü şəkildə davam etdirilən tədbirlərlə 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunub, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilib.

Usubov qeyd edib ki, ötən il xidməti vəzifələrin icrası zamanı daxili işlər orqanlarının 159 əməkdaşı xəsarət alıb, 7 nəfər isə həlak olub.

Xəbər lenti

Xəbər lenti