...

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 2 Mart 2010 16:19 (UTC +04:00)
Gəncə Apelyasiya Məhkəməsindən Trend News-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, leytenant Xaqani Bəkir oğlu Cavadov, kiçik çavuşlar Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətinə baxılıb.

Gəncə Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, leytenant Xaqani Bəkir oğlu Cavadov, kiçik çavuşlar Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevin apelyasiya şikayəti təmin edilməyib, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Təqsirləndirilən şəxslər 2009-cu ilin oktyabrın 18-də həbs olunublar.

İttihama görə, Xaqani Cavadov bir qrup şəxs tərəfindən əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.

Onlar Cinayət Məcəlləsinin seksual xarakterli zorakılıq hərəkətləri etmə (150), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228), dövlətə xəyanət (274), hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə (333), döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (338), hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə (349) maddələri ilə təqsirləndiriliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Xaqani Cavadov 15 il, Elçin Məmmədov 15 il, Süleyman Əliyev 12 il, Samir Tağıyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Rəşad Abışov isə 2 il islah işləri cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti