...

Azərbaycan Dillər Universitetində qadınların əl işləri sərgisi keçirilib

Cəmiyyət Materials 3 Mart 2010 16:14 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində çərşənbə günü müxtəlif yaş qruplarını əhatə edən qadınların əl işləri sərgisi keçirilib.
Azərbaycan Dillər Universitetində qadınların əl işləri sərgisi keçirilib

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Dillər Universitetində (ADU) çərşənbə günü müxtəlif yaş qruplarını əhatə edən qadınların əl işləri sərgisi keçirilib.

"Ənənəvi keçirilən sərgi milli dəyərlərin qorunub saxlanması, istedadlı qadınların tapılması, tanıdılması, onların qabiliyyətlərinin üzə çıxarılmasına imkan yaradır", - tədbirin açılışında ADU-nun rektoru Səməd Seyidov bildirib.

ADU-nun İnfomasiya Resurs Kompleksində baş tutan sərgi 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təşkil olunub.

Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və QHT nümayəndələrinin iştirakı ilə baş tutan sərgidə toxuma-tikmə, rəsm, karikatura, müxtəlif milli geyimlər, xalçaçılıq nümunələri, təbii güllərdən hazırlanmış kompozisiyalar və digər əl işləri nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti