...

Bakıda "Cənubi Qafqaz" hüquq jurnalının təqdimetmə mərasimi keçirilib

Cəmiyyət Materials 4 Mart 2010 18:50 (UTC +04:00)
Bakıda cümə axşamı "Cənubi Qafqaz" hüquq jurnalının birinci nəşrinin təqdimetmə mərasimi keçirilib.
Bakıda "Cənubi Qafqaz" hüquq jurnalının təqdimetmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda cümə axşamı "Cənubi Qafqaz" hüquq jurnalının birinci nəşrinin təqdimetmə mərasimi keçirilib.

Bu jurnal bütün Cənubi Qafqazı əhatə edən hüquq jurnalının birinci nəşridir. İlk dəfə olaraq bu nəşr vasitəsilə elə bir hüquqi dialoq yaratmaq təşəbbüs edilir ki, o yalnız daxili hüquq məsələləri ilə məhdudlaşmayıb, regional səviyyədə hüquq strukturları ilə də tanış olmaq imkanını yaratsın. Bundan əlavə, hüquqi dialoqun məqsədi müxtəlif professional qruplar arasında hüquqi diskurslar üçün geniş imkanların yaradılmasıdır.

Məqalələri standartlara uyğun olaraq seçmək məqsədini daşıyan redaksiya qrupu üç Cənubi Qafqaz ölkələrinin hüquq elmlərinin aparıcı nümayəndələrindən ibarətdir. Bu nümayəndələr universitetlərin hüquq fakültələrinin dekanları, müəllimləri, eləcə də yüksəkrütbəli hakimlər və vəkilliyin funksional işçiləridirlər. Bundan başqa, redaksiya qrupunun işinə Almaniyadan gələn bir hakim də köməklik edir. "Cənubi Qafqaz" hüquq jurnalının" birinci nəşri "Mülkiyyət hüququnun qorunması" mövzusuna həsr edilib.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti artıq 1993-cü ildən etibarən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə Cənubi Qafqazda məhkəmə və hüquq islahatları sahəsində fəaliyyət göstərir. Qanun layihələrində və hüquqi dövlət institutlarının inkişafında tərəfdaşlarına məsləhətlərin verilməsi ilə yanaşı, GTZ layihəsi həmçinin hüquqşünaslar üçün təkmilləşmə kurslarının keçirilməsi, hüquq ədəbiyyatlarının, o cümlədən məhkəmə qərarlarının toplusunun nəşr etdirilməsi vasitəsilə yeni qanunların implementasiyasını dəstəkləyir. Cəmiyyətdə yeni hüququn yayılmasına yönələn tədbirlər də mövcuddur.

GTZ-nin proqram rəhbəri Zeno Reyfenbaxer çıxışında bildirib ki, Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən hüquqi məsələlərlə bağlı fikir mübadiləsi yox dərəcəsindədir. Ona görə də GTZ belə bir jurnalın dərcinə qərar verib.

Xəbər lenti

Xəbər lenti