...

Azərbaycanda yaşlılar üçün təhsil mərkəzlərinin yaradılmasına dair layihə başlanıb

Cəmiyyət Materials 10 Mart 2010 16:25 (UTC +04:00)
Azərbaycanda Avropa Komissiyasının "Qeyri-hökumət və yerli səlahiyyətli qurumlar inkişafda" proqramı çərçivəsində "Yaşlıların təhsili mərkəzləri kasıbçılığın azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi" yeni layihəsi başlanıb.
Azərbaycanda yaşlılar üçün təhsil mərkəzlərinin yaradılmasına dair layihə başlanıb

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanda Avropa Komissiyasının "Qeyri-hökumət və yerli səlahiyyətli qurumlar inkişafda" proqramı çərçivəsində "Yaşlıların təhsili mərkəzləri kasıbçılığın azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi" yeni layihəsi başlanıb.

30 aylıq müddəti əhatə edəcək layihə Azərbaycanın cənub rayonlarında (Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Astara) həyata keçirilir. Layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu, Aqro-məsləhət QHT və Yaşlıların Təhsili Assosiasiyası tərəfindən icra olunacaq.

Layihənin əsas məqsədi Azərbaycanın Respublikasının kənd ərazilərindəki yaşlılar üçün təhsil mərkəzlərinin yaradılması, məşğulluğun və sosial həmrəyliyin artırılmasıdır.

Layihə Avropa Komissiyası (75%) və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) (25%) tərəfindən birgə maliyyələşdirilir. Onun ümumi büdcəsi 596,066 avrodur.

Xəbər lenti

Xəbər lenti