...

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə müsabiqəsi qaliblərinin adlarını açıqlayıb

Cəmiyyət Materials 18 Mart 2010 17:34 (UTC +04:00)
Azərbaycan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlayıb.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə müsabiqəsi qaliblərinin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlayıb.

"Müsabiqədə 28 layihə qalib seçilib. Müsabiqənin qaydalarına əsasən, hər istiqamət üzrə ən çox bal toplayan beş layihə qalib hesab edilib", - cümə axşamı Trend -a Fonddan bildirilib.

Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik mövzusu üzrə müsabiqənin qalibləri sırasında Trend İnformasiya Agentliyi də var.

Müsabiqə üçün fonda ümumilikdə 46 layihə daxil olub, ekspertlərin qiymətləndirilməsindən sonra 28 layihə qalib hesab edilib. Bunlardan 14-ü qəzet redaksiyaları, 5-i informasiya agentlikləri, 9-u isə jurnalist təşkilatlarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti