...

Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə hökm oxunub

Cəmiyyət Materials 30 Mart 2010 13:13 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi Şahin Əliyev 10, bank filialının əməkdaşları - Rasim Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Nisə Bayramovaya 3 il şərti iş verilib.
Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə hökm oxunub

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda mənimsəmədə təqsirləndirilən bir qrup bank işçisinə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi Şahin Əliyev 10, bank filialının əməkdaşları - Rasim Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Nisə Bayramovaya 3 il şərti iş verilib.

Mənzər Paşayeva və Arif Hümbətovun hər biri məhkəmənin hökmü ilə 1000 manat məbləğində cərimələniblər.

Əliyev "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi vəzifəsində işləyərkən digər təqsirləndirilən şəxslərlə əlbir olub, 2007-ci il sentyabrın 13-dən 2009-cu il martın 30-dək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, filialda fəaliyyətdə olan "Wester Union", "Privatmoney", "Miqom", "Blizko" və "Kontakt" sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalamış, bu sənədlər əsasında bankın xəzinəsindən banka məxsus 417 550 ABŞ dolları (335 210 manat) məbləğində vəsaiti mənimsəmişdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.3.2), vəzifə saxtakarlığı (313), səhlənkarlıq (314) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti