...

Azərbaycanda "Hamiləliyin planlaşdırılması vaxtını düz seçin" şüarı altında aksiya keçirilir

Cəmiyyət Materials 7 Aprel 2010 16:14 (UTC +04:00)
"Lider Farma" apteklər şəbəkəsinin birində "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması" adlı aksiya başlayıb. Aksiya ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən təşkil olunub və "Hamiləliyin planlaşdırılması vaxtını düz seçin" şüarı altında həyata keçirilir.
Azərbaycanda "Hamiləliyin planlaşdırılması vaxtını düz seçin" şüarı altında aksiya keçirilir

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Konyayeva/

Bu gün "Lider Farma" apteklər şəbəkəsinin birində "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması" adlı aksiya başlayıb. Aksiya ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunub və "Hamiləliyin planlaşdırılması vaxtını düz seçin" şüarı altında həyata keçirilir.

Aksiyada məqsəd ictimaiyyəti müasir kontraseptivlərdən istifadə etməklə sağlam hamiləliyin ən təhlükəsiz və etibarlı yolla planlaşdırılması barədə məlumatlandırmaq, alıcılarda keyfiyyətli kontraseptivlərin geniş çeşidinə maraq oyatmaqdır. Aksiya mart ayında başlayıb və mayın sonuna kimi Bakı, Abşeron rayonu, Ağsu, Kürdəmir, Göyçay, Şamaxı və İsmayıllının 100-ə yaxın aptekində davam edəcək.

Aksiya Səhiyyə Nazirliyinin BMT-nin Əhali Fondu, "Gənc nəslə dəstək" İctimai Birliyi və bir sıra tanınmış əczaçılıq firmaları ilə əməkdaşlığı çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti