...

Azərbaycanda məhkumlara Milli Dram Teatrının aktyorlarının ifasında tamaşa nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2010 16:33 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün 10 saylı cəzaçəkmə müəssisəsinin məhkumlarına nümayiş olunan əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa maraqla qarşılanıb.
Azərbaycanda məhkumlara Milli Dram Teatrının aktyorlarının ifasında tamaşa nümayiş olunub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlara Akademik Milli Dram Teatrının aktyorlarının ifasında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası nümayiş olunub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün 10 saylı cəzaçəkmə müəssisəsinin məhkumlarına nümayiş olunan əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa maraqla qarşılanıb.

Şöbədən bildirilib ki, bu tədbir məhkumların asudə vaxtlarının təşkili, onların sosial adaptasiyası istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamıdır.

PX Təhsil, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət KomitəsiBakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə tədbirlər planları hazırlayıb.

Bu tədbirlərdə çoxsaylı qeyri-hökumət və aidiyyatı dövlət qurumlarının iştirakı daha da genişlənir.

Xəbər lenti

Xəbər lenti