...

Azərbaycanın cənubunda yerləşən Lənkəranda diabetli xəstələrin sayı artıb

Cəmiyyət Materials 13 Aprel 2010 11:00 (UTC +04:00)
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov Trend-ə bildirib ki, rayonda 2500-ə yaxın diabetli xəstə qeydiyyatdadır ki, onlardan 200 nəfərdən çoxu son 3 ayda qeydiyyata götürülüb. 2009-cu ilin sonunda diabetli xəstələrin sayı 2247 nəfər təşkil edib.
Azərbaycanın cənubunda yerləşən Lənkəranda diabetli xəstələrin sayı artıb

Azərbaycan, Lənkəran, 13 aprel /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda yerləşən Lənkəranda diabetli xəstələrin sayı artıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov Trend-ə bildirib ki, rayonda 2500-ə yaxın diabetli xəstə qeydiyyatdadır ki, onlardan 200 nəfərdən çoxu son 3 ayda qeydiyyata götürülüb. 2009-cu ilin sonunda diabetli xəstələrin sayı 2247 nəfər təşkil edib.

Məmmədov qeydiyyatda olan xəstələrin 90 faizinin 35 yaşdan yuxarı insanlar olduğunu deyib.O vurğulayıb ki, rayonda hazırda şəkərli diabetdən ötən ilin müvafiq dövründən 4 nəfər çox, yəni doqquz nəfər 1-14 yaşında olan uşaq əziyyət çəkir.

Baş həkim müavini 2010-cu ilin birinci rübündə 14 nəfər şəkərli diabet xəstəsinin öldüyünü deyib.

2008-ci ilin sonunda rayonda 494 ağır formalı diabetli xəstə olubsa, indi bu rəqəm 600-ə yaxındır.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Siyasət Qasımov isə bildirib ki, bugünkü həyat tərzimizdə informasiyanın çoxluğu psixoloji, sosioloji gərginliyin artmasına gətirib çıxarır. "Yaşamaq uğrunda mübarizə stresi, insulin əleyhinə olan hormonlar gərginliyi artırır. Çox qidalanma, hipodinamiya-azhərəkətlilik, habelə irsiyyət faktoru da bu xəstəliyin meydana gəlməsində az rol aynamır. Ötən ildən qlukometr (şəkərölçən ) aparatlarının verilməsi müraciətlərin, bu da öz növbəsində aşkarlanmanın artmasına təsir edib. Hər aşkar diabetli xəstənin arxasında 3 nəfər aşkarlanmamış xəstə durur",  -  deyə Qasımov əlavə edib.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti