Azərbaycanlı güləşçilər Avropa çempionatında dördüncü medalı qazanıblar

Cəmiyyət Materials 14 Aprel 2010 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 74 kq çəki kateqoriyasında çıxış edən güləşçisi Çamsulvara Çamsulvarayev üçüncü yer uğrunda mübarizədə almaniyalı rəqibini məğlub edərək Avropa çempionatının bürünc medalına sahib olub.

Azərbaycanın güləş üzrə yığma komandasının üzvü əvvəlcə 1/4 finalda Oleq Motsal (Yunanıstan) ilə qarşılaşıb. Azərbaycan yığmasının üzvü yunan rəqibi üzərində inamlı qələbə qazanaraq yarımfınala çıxıb. Yarımfinalda Çamsulvarayev Bolqarıstan idmançısı ilə mübarizədə məğlub olaraq Avropa çempionatında qızıl medal qazanmaq şansını itirib.

Bu gün Bakıda keçirilən Avropa çempionatında sərbəst güləş üzrə çıxışlara yekun vurulub. Xalça üzərinə 60, 74 və 96 kq çəki dərəcələrində olan güləşçilər çıxıblar. Bu çəki dərəcələrində Azərbaycanı Hacı Əliyev, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumov təmsil ediblər.

Avropa çempionatının ilk günündə milli komandamız 2 qızıl, 1 gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti