...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə 19 176 müraciət daxil olub

Cəmiyyət Materials 19 Aprel 2010 11:25 (UTC +04:00)
Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən 19 176 müraciət daxil olub. Bu barədə bazar ertəsi DSMF-nin ictimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə 19 176 müraciət daxil olub

Azərbaycan, Bakı, 19 aprel /Trend, muxbir M.Əliyev/

Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən 19 176 müraciət daxil olub. Bu barədə bazar ertəsi DSMF-nin ictimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Məlumata görə, sorğu və müraciətlərin 52,2 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 47,8 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir.

Rüb ərzində "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 28,9 faizi (5549) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 12,3 faizini (2357) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 11 fazi (2116) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Əhalini maraqlandıran məsələlər arasında əmək pensiyası hüququnun neçə yaşdan yarandığı və minimum neçə il stajın tələb edildiyi, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.

Xəbər lenti

Xəbər lenti