...

Sumqayıtda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib

Cəmiyyət Materials 26 Aprel 2010 11:09 (UTC +04:00)
Konsertdən öncə qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotomateriallardan ibarət sərgiyə baxış keçiriblər.
Sumqayıtda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın banisi, əməkdar artist Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsert Vaqif Mustafazadənin 70 illik yubileyi münasibətilə keçiriləcək silsilə tədbirlər çərçivəsində təşkil edilib.

Konsertdən öncə qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotomateriallardan ibarət sərgiyə baxış keçiriblər.

Konsertdə respublikanın əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərlik etdiyi "Arena" caz orkestrinin ifasında bəstəkarın "Mart" kompozisiyası, Azərbaycanın xalq artisti Elxan Əhədzadənin ifasında səslənən mahnılar, gənc pianoçu İ.Sarabskinin ifa etdiyi "Düşüncələr" kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert zamanı, eyni zamanda, orkestrin ifasında dünya caz bəstəkarlarının məşhur kompozisiyaları da səsləndirilib.

Xəbər lenti

Xəbər lenti