...

Mehmet Əli Birantın mövqeyi tək Azərbaycana deyil, Türkiyənin milli maraqlarına da qarşıdır - deputat

Cəmiyyət Materials 1 May 2010 13:09 (UTC +04:00)
Mən Mehmet Əli Birantı həqiqi türk saymıram, görünür, onun qanında qarışığı var. Onun mövqeyi tək Azərbaycana deyil, Türkiyənin milli maraqlarına da qarşıdır. Bunu şənbə günü Trend-ə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.
Mehmet Əli Birantın mövqeyi tək Azərbaycana deyil, Türkiyənin milli maraqlarına da qarşıdır - deputat

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Mən Mehmet Əli Birantı həqiqi türk saymıram, görünür, onun qanında qarışığı var. Onun mövqeyi tək Azərbaycana deyil, Türkiyənin milli maraqlarına da qarşıdır. Bunu şənbə günü Trend-ə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

"Məhmət Əli Birantın bütün hərəkətlərini təhlilk edəndə görürük ki, o, ermənilər tərəfindən maliyyələşdirilən bir insandır, süni şəkildə "erməni soyqırımı"nı öz havadarlarının köməyi ilə qəbul etdirmək istəyir. Bu addım bütövlükdə Türkiyə üçün böyük təhdiddir.

Trend-in arayışı:
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi Türkiyə və Azərbaycan əleyhinə olan qüvvələri bərk narahat edir.
Türkiyəli yazar Mehmet Əli Birant davamlı olaraq antiazərbaycan təbliğatı aparır, Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər olduğunu isbat etməyə çalışır.

Biranıin "Hürriyyət" qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsində irəli sürdüyü iddialara Azərbaycan mətbuatı əsaslandırılmış arqumentlərlə cavab verdi. Lakin onun "Hürriyyət"in 28 aprel tarixli nömrəsində dərc olunmuş məqaləsi göstərir ki, bu şəxs qərəzli şəkildə Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb.

Sadıqov hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusən də ermənilərin "erməni soyqırımı"nın qəbuluna çalışdıqları bir vaxt, bu məsələdə əgər kimsə Azərbaycanın əleyhinə çıxırsa, Türkiyənin əleyhinə çıxmış olur.

"Əgər bunları bilə-bilə erməniləri dəstəkləyirsə, demək Türkiyənin düşmənidir", - deputat əlavə edib.

Baş redaktor təəssüf edir ki, Türkiyədəki ziyalılar, Azərbaycanı sevən insanlar belə bir insana tribuna verirlər, sərbəst şəkildə Ermənistandan təlimat alıb işləməsinə imkan yaradırlar.

"Türkiyə son dövrlər çox qüdrətlənib və ABŞ tərəfindən ona göstərilən təyziqlərə tab gətirir. Bü gün Azərbaycanla Türkiyənin dostluğu xüsusilə vacibdir. Bütün bu məsələlərdə biz birgə hərəkət etməliyik, bir addımlar atmalıyıq. Biz tarixin sınaqlarından canımızla, qanımızla uğurla çıxmışıq və sübut etmişik ki, heç bir qüvvənin məkirli planı Azərbaycan ilə Türkiyə xalqını ayıra bilməz", - Sadıqov bildirib.

Xəbər lenti

Xəbər lenti