...

Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 3 May 2010 15:24 (UTC +04:00)
Kolin Daniel 2010-cu ildə Montana ştatı Dövlət Universitetində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı haqqında kursun hazırlanması və keçirilməsində fərqləndiyinə görə Heydər Əliyev adına mükafata layiq görülən tələbələrdən biridir.
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Kolin Daniel 2010-cu ildə Montana ştatı Dövlət Universitetində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) haqqında kursun hazırlanması və keçirilməsində fərqləndiyinə görə Heydər Əliyev adına mükafata layiq görülən tələbələrdən biridir. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında bildirilir. Azərbaycan və Avrasiya regionu sahəsində araşdırmalarda xüsusilə fərqlənən amerikalı tələbələr üçün Heydər Əliyev adına illik mükafat 2008-ci ildə Los-Ancelesdəki Baş Konsulluq tərəfindən təsis edilib.

Mükafatı baş konsul Elin Süleymanov universitetdə təqdim edib. Azərbaycan nümayəndəsi tələbələrin məlumatlandırılmasının yüksək səviyyədə olduğunu qeyd edib və xatırladıb ki, regionun rifahının artırılmasına yönəlmiş əməkdaşlıq ideyaları, o cümlədən QİƏT çərçivəsində əməkdaşlıq ümummilli lider Heydər Əliyevin strateji baxışlarının əsasını təşkil edib.

"Məhz by yanaşma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi regional inteqrasiya siyasətində öz əksini tapır. Çıxışdan sonra ən uğurlu tələbəyə xatirə hədiyyələri təqdim olunub", - məlumatda deyilir.

QİƏT haqqında kursu professor Tomas Qolts Montana ştatı Dövlət Universitetinin siyasi elmlər fakültəsində aparır. Bu kursdan böyük uğurla istifadə olunur və interaktiv modelləşdirmə formasında tədris olunur. Bu, tələbələrə regional tematikanı daha dərindən öyrənməyə imkan yaradır və diplomatiya, beynəlxalq danışıqlar sahəsində faydalı vərdişlərin inkişafına yardım göstərir. Kursun tədrisi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi sayəsində mümkün olub.

Montanaya səfəri zamanı Süleymanov enerji mərkəzinin müəllim heyəti və tələbələri üçün seminar keçirib. Seminar zamanı enerji təhlükəsizliyində Azərbaycanın rolu, həmçinin ölkə rəhbərliyinin alternativ enerji mənbələrinin inkişafı və ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə siyasəti haqqında danışılıb. Əsasən, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "Ekologiya İli" çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsində ARDNŞ-nin fəaliyyətindən nümunələr gətirilib.

Xəbər lenti

Xəbər lenti