...

Azərbaycanda həbsə alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir - Veronika Kotek (FOTO)

Cəmiyyət Materials 6 May 2010 10:49 (UTC +04:00)
Azərbaycanda həbsə alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir, - Trend-in məlumatına görə, bunu cümə axşamı Avropa Şurası ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Həbsxana islahatlarına dəstək" layihəsinin yekunu ilə bağlı keçirilən tədbirdə AŞ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Veronika Kotek deyib.
Azərbaycanda həbsə alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir - Veronika Kotek (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsə alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir, - Trend-in məlumatına görə, bunu cümə axşamı Avropa Şurası ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Həbsxana islahatlarına dəstək" layihəsinin yekunu ilə bağlı keçirilən tədbirdə AŞ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Veronika Kotek deyib.

"Cəza son vasitə olmalıdır. Məhkəmələr digər qətimkan tədbirlərinə - girov, ev dustaqlığı və digər tədbirlərə üstünlük verməlidir. Bu yaxınlarda Ali Məhkəmə və Məhkəmə Hüquq Şurası məhkəmələrə bununla bağlı tövsiyə də verib", - Kotek deyib.

Norveç hökuməti tərəfindən maliyyələşdirilən layihə "Azərbaycanda həbsxana sisteminin müasirləşdirliməsi" adı altında 2006-cı ildə icra edilmiş AŞ və Avropa Komissiyasının birgə proqramının davamıdır. Layihə penitensiar sistemin Avropa Penitensiar Qaydalarının və AŞ-nin Nazirlər Komitəsinin müvafiq tövsiyələrinə uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Kotek Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib. O, Azərbaycan penitensiar sistemində bu müddət ərzində böyük işlər görüldüyünü deyib. Yeni istintaq təcridxanasının, cəzaçəkmə müəssisələrinin istifadəyə verilməsini, digərlərində təmir işlərinin aparılmasını, məhkumlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin artmasını müsbət qiymətləndirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov isə çıxışında deyib ki, son dövrlərdə Azərbaycanda məhkəmələr azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara üstülük verir, bununla əlaqədar məhkumların da sayı azalır.

Onun fikrincə, ictimaiyyətin məhkumların islahında iştirakı, bu sistemdə ictimai nəzarəti həyata keçirməsi son dövrlər əldə olunan uğurlardır.

"İslahatların nəticəsi bizi qane etsə də, görüləcək işlər çoxdur və bu davam edəcək", - Əlixanov deyib.

Xəbər lenti

Xəbər lenti