...

Yaxın günlərdə Azərbaycan ərazisində Kürdə suyun səviyyəsinin artmasının davam edəcəyi gözlənilir - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 7 May 2010 17:02 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycan ərazisinin bəzi bölgələrində Kür çayında suyun səviyyəsinin artmasının davam edəcəyi gözlənilir.
Yaxın günlərdə Azərbaycan ərazisində Kürdə suyun səviyyəsinin artmasının davam edəcəyi gözlənilir - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Yaxın günlərdə Azərbaycanın bəzi bölgələrində Kür çayında suyun səviyyəsinin artmasının davam edəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə məlumat verib.

"Kür çayında suyun artmasının hazırkı səviyyəsini rekord hədd kimi hesab etmək olar. 2003-cü ildə belə artım müşahidə olunsa da, bu səviyyəyə çatmamışdı", - Verdiyev deyib.

Onun sözlərinə görə, Yevlax və Zərdab rayonlarında müdafiə bəndlərinin olması ilə əlaqədar olaraq Kürdə suyun səviyyəsi sutkada 15-25 santimetrdən 5-15 santimetrə enib, lakin yaxın günlərdə Sabirabad, Salyan, Şirvan və Neftçalada Araz çayında suyun səviyyəsinin artması prosesi davam edəcək.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi son vaxtlar bəndlərin uçması, eləcə də Kür və Araz çaylarında daşqınlarla bağlı respublikanın ayrı-ayrı şəhər və rayonlarında çətin vəziyyətin yaranmasını elan edib.

Hazırda nazirlik Şirvan şəhərinin yaşayış masssivlərindən, eləcə də Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrinin həyətyanı sahələrindən, Salyan rayonu inzibati mərkəzindən, Qaraqaşlı qəsəbəsindən, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cancan və Noxudlu kəndlərinin ərazisindən suyun çəkilməsi və 500 metr hündürlüyündə bəndin tikilməsi ilə bağlı tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti