...

İslandiyada Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək

Cəmiyyət Materials 24 May 2010 16:34 (UTC +04:00)
İslandiyanın Reykyavik şəhərində iyunun 16-da Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İslandiyada Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

İslandiyanın Reykyavik şəhərində iyunun 16-da Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Gecədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, İslandiyadakı Azərbaycan diasporunun rəhbəri Zakir Con Həsənov çıxış edəcəklər. Tədbirə İslandiya Parlamentinin deputatları, ABŞ, Almaniya, Fransa, Kanada, Çin, Danimarka, Finlandiya, Yaponiya, Rusiya, İsveçrə, Niderland və digər bir neçə ölkənin İslandiyadakı səfirləri, eləcə də gürcü diasporunun fəalları, bu ölkədəki müsəlman icmasının başçısı da dəvət olunub. Gecədə əsasən Azərbaycan klassik musiqisi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti