...

Bu il gənc informatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

Cəmiyyət Materials 7 İyun 2010 10:49 (UTC +04:00)
Sumqayıtda ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən "Gənc informatiklər" müsabiqəsində iştirak etmək üçün bu il 600-dən çox şagird və tələbə ərizə ilə müraciət edib.
Bu il gənc informatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən "Gənc informatiklər" müsabiqəsində iştirak etmək üçün bu il 600-dən çox şagird və tələbə ərizə ilə müraciət edib.

Bu barədə Təşkilat Komitəsindən məlumat verilib. Məlumata görə, ərizəçilərdən 242 nəfəri internet-səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib; 72 nəfər ibtidai sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.

Builki müsabiqədə Sumqayıt şəhər məktəbliləri və tələbələri ilə yanaşı, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından da şagirdlər iştirak ediblər. Müsabiqə, istiqamətlərdən asılı olaraq, fərdi qaydada və komandalar arasında keçirilib.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır.

Sumqayıt şəhərində əsası 2008-ci ildə qoyulan bu müsabiqə artıq ənənəvi olaraq hər il keçirilir.

"Elektron təhsil" respublika müsabiqəsinin tərkib hissəsi olan və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, "Bestcomp" şirkəti və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər.

Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə "Microsoft" şirkəti və "Aztelekom" İB-dir.

Xəbər lenti

Xəbər lenti