...

"Bakı" futbol klubu alman məşqçi Vilfred Şaferlə müqavilə imzaladı

Cəmiyyət Materials 10 İyun 2010 17:44 (UTC +04:00)
2009-2010-cu il mövsümündə Azərbaycan kubokunu qazanmış paytaxtın "Bakı" futbol klubu alman məşqçi Vilfred Şafer ilə müqavilə imzalayıb.
"Bakı" futbol klubu alman məşqçi Vilfred Şaferlə müqavilə imzaladı

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

2009-2010-cu il mövsümündə Azərbaycan kubokunu qazanmış paytaxtın "Bakı" futbol klubu alman məşqçi Vilfred Şafer ilə müqavilə imzalayıb.

Klubdakı mənbədən cümə axşamı Trend-ə bildiriblər ki, cümə axşamı klubda baş məşqçi işləməsi üçün Şafer ilə müqavilə imzalanıb.

Almaniyada 1996-cı ilin məşqçisi seçilən mütəxəssis "Ştutqart" və "Karlsrue"ni çalışdırıb. Kamerun millisini çalışdırması ilə tanınan Şafer 2002-ci ildə Afrika çempionu, bir il sonra Konfederasiyalar Kubokunun gümüş mükafatını qazanıb. 2003-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib. Sonradan Birləşmiş Ərəb Əmirliklərində çalışan Şafer ölkə çempionu və Superkuboku qazanıb. Şaferin futbolçu karyerasına gəlincə, 1968-70-ci və 1977-79-cu illərdə Mönhenqladbaxın "Borussiya" klubunda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla çiyin-çiyinə oynayıb.

"Bakı" klubunun rəhbərliyi komandaya gətirmək üçün latviyalı məşqçi Aleksandr Starkov, serbiyalı Bojidar Bandoviçlə danışıqlar aparmışdı.

Şaferə qədər "Bakı" klubunun baş məşqçisi türkiyəli mütəxəssis Cüneyit Biçər olub.

Bakı klubunun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yeni baş məşqçi ilə bağlı yaxın saatlarda klubun rəsmi saytında məlumat veriləcək.

Hazırda yeni baş məşqçi ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti