...

Azərbaycanda ağacların kəsilməsi ilə bağlı 40 şikayət daxil olub - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 11 İyun 2010 10:29 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə günü Trend-ə bildirib ki, şikayətlər nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılıb.
Azərbaycanda ağacların kəsilməsi ilə bağlı 40 şikayət daxil olub - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə bu ilin 5 ayında ağacların kəsilməsi ilə bağlı 40 şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə günü Trend-ə bildirib ki, şikayətlər nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılıb.

İnzibati hüquq pozuntuları ilə əlaqədar hüquq-mühafizə və məhkəmə orqanlarına müraciətlər edilib. Pozuntuların qarşısını almaq məqsədilə Bakı şəhər və rayon icra hakimiyyətlərinə telefonoqramlar göndərilib.

Nazirliyə ağacların aşma təhlükəsi barədə daxil olmuş 184 şikayətdən 181-nə baxılıb.

Onlardan 23 şikayətin əsassız olduğu müəyyən edilib, 38 şikayət üzrə yerində baxış keçirilərək, ağacların aşdığı və aidiyyəti təşkilatlar tərəfindən doğranılaraq daşındığı müəyyən olunub. Üç şikayət araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.

Yüz on yeddi şikayətə vətəndaşlarla birlikdə yerində baxış keçirilərək, Dövlət Ekspertiza İdarəsi tərəfindən qanunamüvafiq qaydada rəy verilib. Üç şikayətə baxılması isə hazırda icradadır.

Bu ilin 5 ayı ərzində nazirliyin "Qaynar xətt"inə, ümumilikdə, 280 sayda müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti