...

Amerika Birləşmiş Ştatlarından olan məşqçilər Azərbaycanda futbol məşqləri keçirəcək

Cəmiyyət Materials 14 İyun 2010 21:36 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarından olan məşqçilər Azərbaycanda futbol məşqləri keçirəcək.
Amerika Birləşmiş Ştatlarından olan məşqçilər Azərbaycanda futbol məşqləri keçirəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, T.Hacıyev/

Amerika Birləşmiş Ştatlarından olan məşqçilər Azərbaycanda futbol məşqləri keçirəcək. Bu məqsədlə iki amerikalı məşqçi gənc fudbolçulara və məşqçilərə seminarlar keçmək üçün Azərbaycana səfərə gəlib. Trend-in ABŞ səfirliyinə istinadən verdiyi məlumata görə 1999-cu ilin qadınlar arasında keçirilən dünya kubokunun qalibi Sindi Parlou və Premyer Liqanın keçmiş məşqçilərindən olan Con Koun Gənclər və İdman Nazirliyinin, Amerikanın Bakıdakı səfirliyinin, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun, Birləşmiş İdman Mərkəzinin və AFFA-nın birgə təşilatçılığı ilə Azərbaycana səfər ediblər.

Amerikalı məşqçilər iyun ayının 13-də Mərdəkanın Qala ərazisində oğlanlar və qızlar üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçiriblər. Iyunun 16-18-də məşqçilər Şamaxı, Quba, Xaçmaza səfər edəcək və orada oğlan və qızlardan ibarət qarışıq qruplarda təxminən 220 gənc üçün xüsusi məşqlər təşkil edəcəklər.

Xəbər lenti

Xəbər lenti