...

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının nəticələri bu gün elan olunacaq

Cəmiyyət Materials 21 İyun 2010 12:46 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının nəticələri bu gün elan olunacaq, - bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının nəticələri bu gün elan olunacaq

Аzərbaycan, Bakı, 21 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının nəticələri bu gün elan olunacaq,  - bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

"İmtahanların nəticələri günün ikinci yarısında Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək", - nazir bildirib.

İyunun 3-də Azərbaycan rayonlarının, 16,18-də Bakı və Sumqayıtın orta məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.

Mərdanovun sözlərinə görə, iyunun 22-də nazirlikdə imtahanların yekununa həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti