...

Naxçıvanda Beynəlxalq Akademik Tibb Konfransı keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2010 16:21 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasınında Beynəlxalq Akademik Tibb Konfransı keçiriləcək. Trend-in məlumatına görə, konfrans iyunun 26-30-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Türk Qastroenteroloji Vəqfinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Duzdağ" otelində təşkil olunacaq.
Naxçıvanda Beynəlxalq Akademik Tibb Konfransı keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/

Naxçıvan Muxtar Respublikasınında Beynəlxalq Akademik Tibb Konfransı keçiriləcək. Trend-in məlumatına görə, konfrans iyunun 26-30-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Qastroenteroloji Vəqfinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Duzdağ" otelində təşkil olunacaq. Konfrans əsasən tibbin qastroenteroloji ve hepatoloji bölmələrinə həsr olunacaq.

Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyədən 50-yə yaxın elm adamları, alimlər və həkimlər qatılacaq. Konfransda Naxçıvan həkimləri ilə yanaşı, Bakıdan və Gəncədən də 20-dən çox elm adamı, qastroentoloqlar və həkimlər iştirak edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-də keçirilən türkdilli dövlətlərin başçılarının zirvə toplantısında qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi istiqamətində QHT olaraq Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlər planlaşdırmışdı.

Əvvəllər analoji Beynəlxalq Qastroenteroloji Konfrans 2008-ci il noyabrın 27-29-da Türk Qastroenteroloji Vəqfi və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilib. Konfransın nəticəsi olaraq Azərbaycan və türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşib, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranıb. Türk dövlətləri həkimləri üçün Qastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti