...

Azərbaycan DSMF-nin telefon-məlumat xidmətinə daxil olan zənglərin sayı 61 faiz çoxalıb

Cəmiyyət Materials 5 İyul 2010 11:11 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun telefon-məlumat xidmətinə daxil olan zənglərin sayı 61 faiz çoxalıb.
Azərbaycan DSMF-nin telefon-məlumat xidmətinə daxil olan zənglərin sayı 61 faiz çoxalıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun telefon-məlumat xidmətinə daxil olan zənglərin sayı 61 faiz çoxalıb. Bu barədə bazar ertəsi Trend-ə fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

"Bu ilin 6 ayı ərzində "190" nömrəli telefon-məlumat xidmətinə əhali tərəfindən 25 763 müraciət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 61 faiz çoxdur", - Babayev deyib.

Bu ilin ilk 6 ayı ərzində telefon-məlumat xidmətinə daxil olan 25 763 sorğu və müraciətin 52,8 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 47,2 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Hesabat dövründə "190" nömrəli telefon-məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya ilə bağlı məsələlər üstünlük təşkil edib. Müraciətlərin 49 faizi (6651) bilavasitə pensiya məsələlərinə aid olub, 23,3 faizini (3172) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,7 fazi (3773) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub. Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon-məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.

Тelefon-məlumat xidmətindən istifadə qaydaları fondun internet-saytına (www.sspf.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti