...

Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadi inkişafa şərait yaradacaq – nazir Hüseynqulu Bağırov

Cəmiyyət Materials 7 İyul 2010 16:13 (UTC +04:00)
Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadiyyatın inkişafına şərait yaradacaq. Bunu çərşənbə günü Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Qəbələdə "Avropa regionu nazirlərinin biomüxtəliflik üzrə konfransı"nın açılışında deyib.
Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadi inkişafa şərait yaradacaq – nazir Hüseynqulu Bağırov

Аzərbaycan, Qəbələ, 7 iyul /Trend, müxbir М.Əliyev/

Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadiyyatın inkişafına şərait yaradacaq. Bunu çərşənbə günü Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələdə "Avropa regionu nazirlərinin biomüxtəliflik üzrə konfransı"nın açılışında deyib.

Onun sözlərinə görə, Qəbələdəki konfrans yoxsulluğun azaldılması və ekoloji şəbəkələrin yaradılmasına şərait yaradacaq "yaşıl iqtisadiyyat"ın inkişafı üzrə səylərin birləşdirilməsi üçün yeni imkanların açılmasına imkan verəcək.

"Konfrans "Biomüxtəliflik üzrə konvensiya"nın bütün iştirakçı ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəldilib", - nazir deyib.

"2000-ci ilin martında Azərbaycan tərəfindən təsdiq olunmuş "Biomüxtəliflik üzrə konvensiya" ölkədə qiymətli bioloji müxtəliflik ehtiyatlarının qorunması və inkişafında mühüm rol oynayıb. Ötən dövr ərzində Azərbaycanda Konvensiyanın məqsədlərinə nail olmaq üçün ciddi addımlar atılıb, onlar arasında ölkədə xüsusi qorunan təbii zonaların ərazisinin 4,5 faizdən 10,1 faizə qədər artırılmasını qey etmək olar", - Bağırov bildirib.

Ekologiya naziri qeyd edib ki, Azərbaycanda bioloji müxtəlifliyin uzunmüddətli istifadəsi və saxlanılması üzrə Milli Strategiya və Fəaliyyət Planı qəbul olunub.

"Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadiyyatın inkişafına şərait yaradacaq", - nazir əlavə edib.

"Hər bir ekoloji sistem gələcək nəsil üçün qorunub saxlanılmalıdır və onlar da öz növbəsində bu mirası dəyərləndirməlidirlər", - konfrans zamanı BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye deyib.

Onun sözlərinə görə, Qəbələdə konfrans zamanı müzakirə olunan məsələlərə Nyu-Yorkdakı biomüxtəliflik üzrə beynəlxalq konfransda baxılacaq.

Bazar ertəsi Azərbaycanın Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə biomüxtəliflik üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə Avropa Ətraf Mühit nazirliklərinin rəsmi şəxsləri və ekspertlər səviyyəsində konfrans öz işinə başlayıb.

Xəbər lenti

Xəbər lenti