...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilik tələblərinin pozulmasına görə 45 min manatdan çox məbləğdə cərimə sanksiyası tətbiq edib

Cəmiyyət Materials 12 İyul 2010 12:15 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun ikinci yarısında qanunvericilik tələblərinin pozulması ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 45 950 manat dəyərində cərimə tətbiq edib ki, onun 25 735 manatı artıq ödənilib. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilik tələblərinin pozulmasına görə 45 min manatdan çox məbləğdə cərimə sanksiyası tətbiq edib

Аzərbaycan, Bakı, 12 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun ikinci yarısında qanunvericilik tələblərinin pozulması ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 45 950 manat dəyərində cərimə tətbiq edib ki, onun 25 735 manatı artıq ödənilib. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

15-30 iyun tarixlərində ətraf mühitə dəymiş ziyanla bağlı 26 iş üzrə 4811,24 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 23587,12 manatın ödənilməsi təmin edilmişdir.

Qeyd olunan dövr ərzində 134 iş üzrə 32 739,18 manat məbləğində ödəmə tətbiq edilmiş və ondan (ötən ildən qalanla birlikdə) 34052,98 manatın ödənilməsi təmin olunmuşdur.

Qeyd olunan dövr ərzində atmosferin çirklənməsi üzrə 10 724 manat, canlı aləmin qorunması üzrə - 5 400 manat, su hövzələrində bioloji resursların müdafiəsi üzrə - 3 233 manat həcmində cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti