...

Azərbaycanın "İrəli" İctimai Birliyi tələbələrin Türkiyəyə səfərini təşkil edib

Cəmiyyət Materials 31 İyul 2010 14:38 (UTC +04:00)
Azərbaycanın "İrəli" İctimai Birliyi tələbələrin Türkiyəyə səfərini təşkil edib. Bu barədə şənbə günü Trend-ə "İrəli"nin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanın "İrəli" İctimai Birliyi tələbələrin Türkiyəyə səfərini təşkil edib

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "İrəli" İctimai Birliyi tələbələrin Türkiyəyə səfərini təşkil edib. Bu barədə şənbə günü Trend-ə "İrəli"nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Azərbaycan gəncləri Türkiyə-Azərbaycan gənclik mübadiləsi fəaliyyət proqramı çərçivəsində Türkiyənin Karabük, Ankara, Bartın, İnkumu, Safranbolu, Amasra, İstanbul şəhərlərində olublar.

Tanışlıq səfəri çərçivəsində "İrəli" İctimai Birliyinin üzvləri Karabük Gənclik və İdman İdarəsi, Karabük Valiliyi və Karabük Bələdiyyəsinin qonağı olublar. Proqram zamanı Karabük Universitetində də olan gənclərimiz Türkiyənin təhsil sistemi ilə yaxından tanış olublar. Gənclər Ankarada Mustafa Kamal Atatürkün və Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət ediblər.

Proqram çərçivəsində hər iki ölkənin gəncləri Türkiyə-Azərbaycan münasibətlərini daha dərindən öyrəniblər.

Xəbər lenti

Xəbər lenti