Аzərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/
2010-cu ilin oktyabrında Bakıda cüdo üzrə beynəlxalq paralimpiya turniri keçiriləcək.
Turnirdə məqsəd 2012-ci ildə Londonda paralimpiya oyunlarına hazırlıqdır. Cüdo üzrə Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Jan Klod Priyer cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, turnirdə idmanın bu növü üzrə 12-yə yaxın aparıcı ölkənin idmançıları iştirak edəcəklər.
Ərizələrin təsdiqlənəcəyi sonuncu tarix sentyabrın 15-dir.
"Azərbaycan belə iri turnirlərin keçirilməsində böyük təcrübəyə malikdir", - Jan Klod Priyer deyib.
Beynəlxalq Paralimpiya Federasiyası prezidentinin sözlərinə görə, ilk dəfə olaraq Bakıdakı yarışlara turnirin görünüşünü təmin etmək məqsədilə sağlamlığında problemi olmayan idmançılar da buraxılacaqlar.