...

Sumqayıt şəhər Dezinfeksiya Stansiyası kütləvi dezinseksiya işlərini davam etdirir

Cəmiyyət Materials 6 Avqust 2010 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Sumqayıt şəhər Dezinfeksiya Stansiyası tərəfindən aparılan kütləvi dezinseksiya işləri davam etdirilir. Bu barədə Trend-ə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər.

Stansiya şəhərdə qeydə alınan yoluxucu xəstəliyə tutulmuş insanların hospitalizasiyası, yoluxucu xəstəlik ocaqlarında tamamlayıcı dezinfeksiyanın aparılması işlərini həyata keçirir. Stansiya tərəfindən şəhərin 9, 12 və 13-cü mikrorayon ərazilərində dezinseksiya işləri aparılıb. Hazırda isə şəhərin 41a və 42-ci məhəllələrində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti